🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:47   •   🌡️ Bakı

Zelenski: Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb

Odlar.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın postsovet məkanında siyasi təsir imkanlarının zəiflədiyini bildirib.
“The Guardian” nəşrinə müsahibəsində Zelenski qeyd edib ki, bir sıra ölkələr artıq Moskvanın siyasi təsir dairəsindən uzaqlaşaraq daha müstəqil siyasət yürütməyə başlayıblar.
“Azərbaycan artıq müstəqildir. Ermənistanda keçirilən son seçkilər onun müstəqilliyi üçün böyük uğur oldu. Düşünürəm ki, ruslar Moldovanı da itiriblər. Əlbəttə, Ukraynanı da itirmək istəmirlər. Çünki müstəqil və azad Ukrayna Rusiya üçün ən böyük və siyasi baxımdan ən təhlükəli ölkədir”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın gələcəkdə Avropa İttifaqına üzv olması Moskva üçün əlavə siyasi çətinliklər yarada bilər.
Ukrayna lideri hesab edir ki, ölkəsinin Avropa İttifaqına inteqrasiyası Rusiyanın müxtəlif dövlətlərlə, xüsusilə Cənubi Qafqaz regionu ölkələri ilə münasibətlərinə təsir göstərəcək. O, həmçinin bildirib ki, belə bir proses Rusiyanın öz daxilində yaşayan müxtəlif xalqlar arasında da yeni siyasi və ictimai sualların meydana çıxmasına səbəb ola bilər.