🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:49   •   🌡️ Bakı

Tramp İsrail və İrana hücumları dərhal dayandırmağa çağırdı

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrail və İrana müraciət edərək hər iki tərəfi hücumları dərhal dayandırmağa çağırıb.
Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
ABŞ lideri bildirib ki, İsrail və İran arasında davam edən qarşıdurma daha da genişlənməməli və tərəflər dərhal atəşkəsə riayət etməlidirlər. O, paylaşımında İsrail və İranın “atəşi dayandırmalı” olduğunu vurğulayıb.
Qeyd edək ki, son günlər İsrail və İran arasında qarşılıqlı hücumların yenidən intensivləşməsi regionda gərginliyi artırıb.