🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Bu həftə ardıcıl 3 gün istirahət olacaq

Odlar.media xəbər verir ki, bu həftə Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanlar üçün ardıcıl 3 qeyri-iş günü olacaq.
15 iyun ölkədə Milli Qurtuluş Günü kimi qeyd olunur və rəsmi qeyri-iş günüdür. 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən həmin tarix istirahət günü hesab edilir.
13 və 14 iyun tarixləri isə şənbə və bazar günlərinə təsadüf edir. Bu səbəbdən beşgünlük iş həftəsində çalışan vətəndaşlar üçün 13, 14 və 15 iyun tarixləri ardıcıl istirahət günləri olacaq.
Beləliklə, növbəti həftənin ilk iş günü 16 iyun tarixindən başlayacaq.