Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trump administrasiyası strateji əhəmiyyət daşıyan Çaqos arxipelaqı ilə bağlı yeni plan üzərində işləyir.
Söhbət Hind okeanında yerləşən və ABŞ-ın mühüm hərbi obyektlərindən biri olan Dieqo Qarsiya bazasının yerləşdiyi ərazidən gedir.
Məlumata görə, Vaşinqton bu ərazinin Böyük Britaniyadan satın alınması imkanını nəzərdən keçirir. İddialara əsasən, Tramp bu məsələni ABŞ-ın maliyyə naziri Scott Bessent ilə müzakirə edib.
Mənbələr bildirir ki, bu addımın məqsədi Böyük Britaniyanın Baş naziri Keir Starmer tərəfindən adaların idarəçiliyinin Mavrikiyə verilməsi planının qarşısını almaqdır.
Qeyd olunur ki, Dieqo Qarsiya bazası ABŞ üçün strateji hərbi əhəmiyyət daşıyır və Hind okeanı regionunda, o cümlədən İranla bağlı əməliyyatlarda mühüm rol oynayır.
