İsrail İranın raket hücumlarına cavab hazırlayır – hava hücumundan müdafiə sistemləri aktivləşdirildi
Odlar.media xəbər verir ki, İsrail rəsmiləri İran tərəfindən həyata keçirilən ballistik raket hücumlarına güclü cavab veriləcəyini açıqlayıblar.
CNN-in İsrail mənbələrinə istinadən yaydığı məlumata görə, İsrail hərbçiləri ölkə ərazisi istiqamətində azı üç raket buraxılışının qeydə alındığını və hava hücumundan müdafiə sistemlərinin bütün raketləri zərərsizləşdirdiyini bildiriblər.
Mənbələrdən birinin açıqlamasına əsasən, ümumilikdə ən azı 10 ballistik raketin vurulduğu qeyd olunur.
Məlumatın digər mənbəyi isə İsrail tərəfinin hadisəyə cavab tədbirlərini nəzərdən keçirdiyini bildirib.
