🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:10   •   🌡️ Bakı

İmişlidə Araz çayında faciə – 11-ci sinif şagirdi boğuldu, axtarışlar davam edir

Odlar.media xəbər verir ki, İmişli rayonu ərazisində Araz çayında boğulma hadisəsi baş verib.
Hadisə Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndləri istiqamətindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 11-ci sinif məzunu T. Mirişov çayda boğulub. Hadisə barədə məlumat alan aidiyyəti qurumlar əraziyə cəlb olunub.
Axtarış-xilasetmə işlərinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu cəlb edilib və hazırda əməliyyatlar davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır. Mənbə APA xəbər xidməti olub.