🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:10   •   🌡️ Bakı

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Odlar.media xəbər verir ki, Bakıda avtomobilin piyadanı vurması nəticəsində ölüm faktı qeydə alınıb.
Hadisə paytaxtın Sabunçu rayonu ərazisində, aeroport yolunda baş verib.
Məlumata görə, Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı avtomobil Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.
Piyada aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.