🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:20   •   🌡️ Bakı

Lənkəranda faciəvi qəza

Lənkəranda faciəvi qəza: tanınmış avtomobil ustası həyatını itirdi
Odlar.media xəbər verir ki, Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hadisə gecə saatlarında köhnə Ələt–Astara magistral yolunun Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Zövlə kənd sakini, 1962-ci il təvəllüdlü Elşad Kişi oğlu Salayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yol kənarındakı kanala düşərək ağaca çırpılıb.
Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib. Onun meyiti aidiyyəti qurumlara təhvil verilib.
İlkin məlumata əsasən, Elşad Salayevin qəzadan əvvəl ürəktutması keçirdiyi, bunun da yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olduğu ehtimal edilir. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra müəyyənləşəcək.