XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:47:54 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Naxçıvanda 7 yaşlı uşaq su kanalına düşərək həyatını itirib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Naxçıvan şəhərində azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə Qaraxanbəyli kəndi ərazisində qeydə alınıb. Məlumata görə, 2019-cu il təvəllüdlü Q.E. velosiped sürərkən ehtiyatsızlıq nəticəsində su kanalına düşüb.
Azyaşlı sudan çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Etiketlər: