🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:43   •   🌡️ Bakı

Rusiya Qara dənizdə Ukraynanın xilasetmə katerlərini hədəfə alıb, yaralananlar var

Rusiya Qara dənizdə Ukraynanın xilasetmə katerlərini hədəfə alıb, yaralananlar var
Odlar.media xəbər verir ki, Rusiya ordusu Qara dənizdə Ukraynanın Dəniz Axtarış-Xilasetmə Xidmətinə məxsus iki mülki katerə hücum edib.
Bu barədə Ukraynanın Baş nazirinin müavini, icmaların və ərazilərin inkişafı naziri Oleksiy Kuleba məlumat verib.
Nazirin sözlərinə görə, hücuma məruz qalan katerlər Ukraynanın dəniz dəhlizində humanitar missiya yerinə yetirirdi. Hadisə nəticəsində yaralananların olduğu bildirilir. Hazırda zərərçəkənlərin təxliyəsi Ukrayna Hərbi Dəniz Qüvvələrinin katerləri vasitəsilə davam etdirilir.
Oleksiy Kuleba vurğulayıb ki, sahilboyu fəaliyyət göstərən kiçik axtarış-xilasetmə katerləri beynəlxalq humanitar hüquq normalarına əsasən xüsusi mühafizə statusuna malikdir.
Məlumata əsasən, hücuma məruz qalan hər iki kater beynəlxalq qaydalara uyğun şəkildə xüsusi rənglərlə və axtarış-xilasetmə fəaliyyətini ifadə edən SAR nişanları ilə işarələnmişdi. Ukrayna tərəfi hadisəni beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.