Ermənistanda parlament seçkiləri keçirilir: Paşinyan yenidən qələbəyə çalışır
Odlar.media xəbər verir ki, Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərin iyunun 7-nə təyin olunması ilə bağlı sərəncam ölkə prezidenti tərəfindən fevralın 6-da imzalanıb.
Səsvermə Ermənistan cəmiyyətində müşahidə olunan ciddi siyasi qütbləşmə fonunda baş tutur.
Hazırkı Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası ardıcıl üçüncü dəfə hakimiyyətdə qalmağa çalışır. Onun əsas rəqibi isə iş adamı Samvel Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” blokudur.
Siyasi müşahidəçilər seçkilərin nəticələrinin ölkənin daxili siyasi kursuna və regional proseslərə təsir göstərə biləcəyini qeyd edirlər.
