XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:47:35 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Göygöldə güclü yağış fəsadlar törədib, yolda hərəkət qismən çətinləşib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Göygöl rayonuna yağan güclü yağış nəticəsində bəzi ərazilərdə problemlər yaranıb.
Report-a istinadən verilən məlumata görə, rayonun Aşıqlı kəndi ərazisində torpaq sürüşməsi baş verib. Nəticədə torpağın bir hissəsi yola doğru uçub, həmçinin iri ağaclardan biri yolun kənarına aşıb.
Baş verən hadisə səbəbindən Gəncə–Göygöl–Kəlbəcər avtomobil yolunda nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür və yolun tam açılması istiqamətində işlər davam etdirilir.

Etiketlər: