Odlar.media xəbər verir ki, Kürdəmir rayonunda quru otluq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olan məlumat əsasında hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb olunub.
FHN-in Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.
