🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:42   •   🌡️ Bakı

Ölkədə 64 cinayətin üstü açılıb, 147 nəfər axtarışdan çıxarılıb

Odlar.media xəbər verir ki, iyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, axtarışda olan şəxslərlə bağlı keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 147 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, narkotiklərlə əlaqəli 34 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 9 hal müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 60 nəfərin saxlanıldığı bildirilib.