🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:56   •   🌡️ Bakı

İİham Əliyev İsveç kralını Milli Gün münasibətilə təbrik etdi

Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İsveç Krallığının Milli Günü münasibətilə Kral Əlahəzrət XVI Karl Qustava təbrik məktubu göndərib.
Təbrik məktubunda dövlət başçısı İsveç kralını və onun simasında bütün İsveç xalqını səmimi-qəlbdən təbrik edib.
“Əlahəzrət, İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim firavanlıq diləyirəm”, – deyə məktubda qeyd olunub.
Prezident İlham Əliyev Azərbaycan ilə İsveç arasında münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və dostluq əlaqələrinin möhkəmlənməsinin hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb.