Odlar.media xəbər verir ki, iyunun 6-sı saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda Gəncə, Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Tovuz, Şəmkir, Daşkəsən və Qusarın Laza kəndi ərazisində arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.
Bundan əlavə, Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.
Qurum hava şəraitinin dəyişkən keçdiyini bildirərək vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib.
