Odlar.media xəbər verir ki, dünya əmtəə bazarlarında qiymətli metalların qiymətində enmə qeydə alınıb.
Birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 3,1 faiz azalaraq 4 365,3 ABŞ dollarına düşüb.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin dəyərində də azalma müşahidə olunub. Belə ki, gümüşün qiyməti 6,58 faiz geriləyərək 69,1 ABŞ dolları təşkil edib.
Analitiklər qiymətli metallar bazarında müşahidə olunan dəyişiklikləri qlobal maliyyə bazarlarındakı dalğalanmalar, investorların risk iştahının artması və dolların məzənnəsindəki dəyişikliklərlə əlaqələndirirlər.
