🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Qaluzin: Ermənistan Aİ-yə qoşularsa, iqtisadi itkilərlə üzləşə bilər

Odlar.media xəbər verir ki, Ermənistanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü iqtisadi nəticələr doğura bilər.
Bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə verdiyi müsahibədə səsləndirib.
O bildirib ki, Ermənistan hazırda geniş bazarlara çıxış imkanına malikdir, lakin Aİ-yə qoşulacağı halda bu imkanların itirilməsi ehtimalı var.
Qaluzinin sözlərinə görə, belə bir addım ölkənin həm ixrac, həm də əmək miqrasiyası bazarlarına təsir göstərə bilər və nəticədə bu, Ermənistanın ümumi daxili məhsulunda (ÜDM) ciddi azalmalarla nəticələnə bilər.
Rusiya rəsmisi vurğulayıb ki, iqtisadi əlaqələrin mövcud strukturu Ermənistan üçün mühüm üstünlüklər yaradır və bu balansın dəyişməsi ölkəyə mənfi təsir göstərə bilər.