🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Həcc ziyarətindən ilk zəvvar qrupu Azərbaycana qayıdıb

Odlar.media xəbər verir ki, Həcc ziyarətində olan zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb.
Bu barədə mətbuata Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, ilk reyslə ümumilikdə 180 zəvvar ölkəyə geri qayıdır. Təyyarənin yerli vaxtla saat 12:30-da Bakıya çatması planlaşdırılır. Gün ərzində ikinci reysin isə saat 15:50-də həyata keçiriləcəyi bildirilib.
Vüsal Cahangiri qeyd edib ki, zəvvarların geri dönüşü mərhələli şəkildə davam edəcək və növbəti reyslər 7 və 9 iyun tarixlərində, gündə iki uçuş olmaqla yerinə yetiriləcək.
Məlumata əsasən, bu il ümumilikdə 1150 nəfər Azərbaycandan Həcc ziyarətində olub.