Yunanıstanda qadınların könüllü hərbi xidmət proqramı üzrə ilk qrup xidmətə başlayıb
Odlar.media xəbər verir ki, Yunanıstanda qadınların könüllü hərbi xidmətə qoşulmasına imkan verən yeni proqram çərçivəsində ilk qrup artıq xidmətə başlayıb.
Yunanıstan mətbuatının yaydığı məlumata istinadən Axar.az bildirir ki, 72 qadın əsgər ölkənin silahlı qüvvələrinin müxtəlif bölmələrində xidmətə cəlb edilib.
Məlumata görə, proqramın ilk iştirakçılarının andiçmə mərasimi iyunun 26-da keçiriləcək.
Yeni təşəbbüs çərçivəsində könüllü hərbi xidmətə qoşulan qadınlara bir sıra üstünlüklər nəzərdə tutulur. Bunlara dövlət sektorunda işə qəbul zamanı əlavə bal verilməsi, xidmət müddətinin dövlət qulluğunda ilkin staj kimi hesablanması, universitet məzunları üçün orduda iş imkanlarının yaradılması və silahlı qüvvələrin sosial hüquqlarından yararlanmaq imkanı daxildir.
