🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:49   •   🌡️ Bakı

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində nümayəndə heyəti Aşqabada çatıb

Odlar.media xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Türkmənistanın paytaxtı Aşqabad şəhərinə çatıb.
Mədəniyyət Nazirliyi tərəfindən 525.az-a verilən məlumata əsasən, Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək mədəniyyət və incəsənət xadimləri, yaradıcı kollektivlər və sənət adamları Aşqabad Beynəlxalq Hava Limanında səmimi və qonaqpərvərliklə qarşılanıblar.
Hazırda tədbir çərçivəsində keçiriləcək konsert proqramları, sərgilər və digər mədəni layihələrlə bağlı son hazırlıq işləri görülür.
Qarşıdakı günlərdə Azərbaycan musiqisi, milli rəqslər, xalçaçılıq, kəlağayı və digər sənət nümunələrinin Türkmənistan ictimaiyyətinə təqdim olunacağı bildirilir.
Qeyd olunur ki, Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edən Mədəniyyət Günlərinin zəngin proqramla yadda qalacağı gözlənilir.