XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:48:28 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Xalq artisti Afaq Bəşirqızı 14-cü əməliyyatını keçirdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Xalq artisti Afaq Bəşirqızı 14-cü əməliyyatını keçirdi: “Ən böyük sevincim ayağa qalxmağımdır”
Odlar.media xəbər verir ki, Afaq Bəşirqızı 14-cü dəfə cərrahiyyə əməliyyatı olunduğunu açıqlayıb.
Xalq artisti bu barədə Moderator.az-a danışaraq əməliyyatın dünən səhər saat 10:00-da həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olub və axşam saatlarında həkimlərin köməyi ilə ayağa qalxaraq yeriməyə başlayıb.
“Cərrahiyyə əməliyyatı dünən səhər saat 10-da baş tutdu. Axşam saat 8-də həkimin köməkliyi ilə ayağa qalxıb gəzdim. Bu mənim üçün ən böyük sevincdir. Mən indiyə qədər bədənimin ayrı-ayrı hissələrində 14 əməliyyat keçirmişəm, amma heç vaxt xarici həkimlərə müraciət etməmişəm”, – deyə aktrisa qeyd edib.
Qeyd edək ki, Afaq Bəşirqızı uzun müddətdir ayaqlarında yaranan problemlər səbəbindən hərəkət etməkdə çətinlik çəkir.

Etiketlər: