Odlar.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin 1563-cü günü üzrə Rusiya ordusunun itkilərinə dair yenilənmiş statistikanı açıqlayıb.
Məlumata görə, müharibə başlayandan bəri Rusiya tərəfi ümumilikdə 1 milyon 370 min 890 hərbçi itirib.
Hesabatda bildirilir ki, Rusiya ordusunun itkiləri arasında 11 min 980 tank, 24 min 684 zirehli döyüş maşını, 43 min 315 artilleriya sistemi, 1 832 reaktiv yaylım atəş sistemi və 1 404 hava hücumundan müdafiə kompleksi yer alır.
Bundan başqa, indiyədək 436 hərbi təyyarə, 353 helikopter, 32 min 972 pilotsuz uçuş aparatı, 4 min 733 qanadlı raket, 33 gəmi və kater, eləcə də 2 sualtı qayıq məhv edilib.
Ukrayna Baş Qərargahının məlumatına əsasən, Rusiya həmçinin 1 576 yerüstü robot-texnika kompleksi, 103 min 300 avtomobil və yanacaqdaşıyan texnika, həmçinin 4 min 250 xüsusi avadanlıq itirib.
