Odlar.media xəbər verir ki, sabah Azərbaycanda hava şəraitinin əsasən sabit keçəcəyi, bəzi bölgələrdə isə qısamüddətli yağıntıların müşahidə olunacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir buludlansa da, əsasən yağmursuz keçəcək. Gecə saatlarında bəzi ərazilərdə duman müşahidə ediləcək. Şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-18, gündüz isə 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 762 mm civə sütunu, nisbi rütubətin isə gecə 60-65 faiz, gündüz 45-50 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Ölkənin rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilsə də, bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi istisna edilmir. Gecə və səhər saatlarında bəzi bölgələrdə duman olacaq. Şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 15-19, gündüz 27-32 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 7-12, gündüz 15-19 dərəcə isti, bəzi yerlərdə isə 21-25 dərəcəyədək yüksələcəyi gözlənilir.
