XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:19:38 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Kiyevdə poçt çeşidləmə mərkəzində partlayış: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə poçt operatorunun çeşidləmə mərkəzində baş verən partlayış insan itkisinə səbəb olub.
“RBK-Ukraine”ın Kiyev polisinə istinadən yaydığı məlumata görə, hadisə iyunun 5-i səhər saatlarında şəhərin Obolon rayonunda qeydə alınıb. Partlayış nəticəsində 1 nəfər həyatını itirib, daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hüquq-mühafizə orqanlarının ilkin araşdırmasına əsasən, partlayış bağlamalardan birinə baxış keçirilərkən baş verib.
Faktla bağlı araşdırma aparılır, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.

Etiketlər: