Yaxın Şərqdəki böhran Avropa İttifaqında 1,3 milyon iş yerini riskə atır – ən böyük itki avtomobil sektorunda gözlənilir
Odlar.media xəbər verir ki, Yaxın Şərqdə davam edən münaqişə fonunda enerji qiymətlərinin artması nəticəsində Avropa İttifaqında (European Union) 2026-cı ilədək 1,3 milyona qədər iş yerinin risk altına düşə biləcəyi bildirilir.
Bunu Aİ-nin əmək və sosial hüquqlar üzrə komissarı Roxana Mînzatu açıqlayıb.
Onun sözlərinə görə, Yaxın Şərqdəki müharibə səbəbindən yaranan enerji qiymətləri təzyiqi xüsusilə enerji tutumlu sənaye sahələrinə ciddi təsir göstərə bilər. Komissar qeyd edib ki, ən böyük ixtisarlar avtomobil sənayesində gözlənilir və bu sektorda təxminən 600 min iş yerinin risk altında olduğu bildirilir.
Eyni zamanda tikinti, metallurgiya, kimya və nəqliyyat sektorlarında ümumilikdə on minlərlə iş yerinin azalması ehtimalı var. Rəqəmlərə görə, bu sahələrdə 56 minə yaxın iş yerinin itirilməsi gündəmdədir.
Bundan başqa, batareya və günəş paneli istehsalı kimi yaşıl enerji layihələrinin də risklə üzləşdiyi qeyd olunur. Bu vəziyyətin təxminən 150 min mütəxəssisə təsir göstərə biləcəyi vurğulanır.
Məlumatda həmçinin Axar.az istinadən bu risklərin qlobal enerji bazarındakı qeyri-sabitliklə daha da dərinləşə biləcəyi qeyd olunur.
