🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:05   •   🌡️ Bakı

Rusiyada səsdən sürətli sərnişin təyyarəsi layihəsində yeni mərhələ – prototip hazırlanır

Rusiyada səsdən sürətli sərnişin təyyarəsi layihəsində yeni mərhələ – prototip hazırlanır
Odlar.media xəbər verir ki, Rusiyada səsdən sürətli sərnişin təyyarəsinin hazırlanması istiqamətində işlər yeni mərhələyə keçib.
Məlumata görə, layihə üzərində Rusiya Birləşmiş Aviasiya Korporasiyası United Aircraft Corporation (OAK) və Jukovski adına Milli Tədqiqat Mərkəzi tərəfindən iş aparılır. Korporasiya rəhbərliyi bildirib ki, artıq layihə yalnız kağız üzərində deyil və real prototipin hazırlanması prosesi davam edir.
OAK rəsmisinin sözlərinə görə, əsas məqsəd səsdən sürətli mülki təyyarə konseptini praktik mərhələyə çıxarmaqdır. Layihənin uğurla başa çatacağına inam ifadə olunub.
Xatırladılır ki, daha əvvəl Rusiya sənaye və ticarət naziri də ölkədə səsdən sürətli mülki aviasiya istiqamətində ilkin layihələndirmə və sınaq işlərinin aparıldığını bildirmişdi. Planlara əsasən, 2029–2030-cu illərdə texnologiyaların sınaq mərhələsi, 2035–2040-cı illərdə isə tammiqyaslı konstruktor işlərinin həyata keçirilməsi nəzərdə tutulur.