🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:49   •   🌡️ Bakı

Paşinyan: Başkənd məsələsinin həlli variantlarından biri ərazi mübadiləsi ola bilər

Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Başkənd məsələsinin həlli yollarından birinin ərazi mübadiləsi ola biləcəyini bildirib.
Paşinyan bu barədə Göyçə bölgəsində keçirdiyi seçkiqabağı kampaniya zamanı danışıb.
Onun sözlərinə görə, Ermənistan üçün bu məsələ artıq əvvəlki kimi gərginlik mənbəyi hesab edilmir.
“Prinsip bundan ibarətdir ki, Ermənistan və Azərbaycan delimitasiya prosesindən bir-birinə zərər vurmaq üçün deyil, gələcək nəsillərin bu problemlərlə üzləşməməsi üçün istifadə etməlidirlər. Bizim vəzifəmiz uşaqlarımıza hüquqi baxımdan rəsmiləşdirilmiş, kadastr sənədləri olan bir dövlət təhvil verməkdir. Qalan məsələ həmin sənədlərdə nəzərdə tutulan planların yekunlaşdırılması və bu əsasda təsdiqlənmiş dövlətin nəsildən-nəslə ötürülməsidir. Təhlükəsizlik təmin olunacaq və Ermənistanın müdafiə qabiliyyəti davamlı şəkildə inkişaf etdiriləcək”, – deyə Paşinyan vurğulayıb.
Ermənistan baş naziri qeyd edib ki, sərhədlərin delimitasiyası və digər mübahisəli məsələlərin həlli regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət etməlidir.