🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:04   •   🌡️ Bakı

Azərbaycanın hərbi attaşesi Türkiyədə şəhid ailələrini ziyarət edib

Odlar.media xəbər verir ki, Azərbaycanın Türkiyədəki Hərbi Attaşeliyinin aparat rəhbəri, general-mayor Zaur Zeynalov Türk Silahlı Qüvvələrinə məxsus “C-130” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçuların ailələrini ziyarət edib.
Bu barədə Azərbaycanın Türkiyədəki Hərbi Attaşeliyi məlumat yayıb.
Məlumata görə, 13-14 aprel 2026-cı il tarixlərində keçirilən ziyarət çərçivəsində general-mayor Zaur Zeynalov Amasya şəhərində şəhid baş çavuş Ramazan Yağız, baş çavuş Akın Karakuş və baş çavuş Cem Dolapçının ailələri ilə görüşüb.
Görüş zamanı şəhidlərin ailə üzvlərinə başsağlığı verilib, onların əziz xatirəsi ehtiramla yad olunub. Ziyarətin sonunda şəhid ailələrinə Azərbaycan Respublikasının dövlət bayrağı təqdim edilib.