🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:21   •   🌡️ Bakı

Cəlilabadın bir sıra ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Odlar.media xəbər verir ki, Cəlilabad rayonunun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin ərazisində yerləşən 35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından qidalanan 35 kV-luq “Göytəpə” hava xəttində təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar olaraq bu gün saat 12:30-dan 15:00-dək Göytəpə şəhərində, eləcə də Muğan, Privolnoye, Ağdaş və Həziabad kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Qurumdan bildirilib ki, planlaşdırılan işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması mümkün olacaq.