🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:21   •   🌡️ Bakı

Türkiyənin tanınmış jurnalisti və teleaparıcısı Reha Muxtar vəfat edib

Türkiyənin tanınmış jurnalisti və teleaparıcısı Reha Muxtar vəfat edib
Odlar.media xəbər verir ki, Türkiyənin tanınmış jurnalisti və teleaparıcısı Reha Muhtar 66 yaşında dünyasını dəyişib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Reha Muxtar Bodrumda müalicə olunduğu xəstəxanada vəfat edib. Bildirilir ki, tanınmış media nümayəndəsi ötən həftə səhhətində yaranan ciddi problemlər səbəbindən xəstəxanaya yerləşdirilmiş, ona ürək çatışmazlığı diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, Reha Muxtarın vəziyyətinin ağır olduğu və reanimasiya şöbəsində müalicə aldığı barədə məlumatlar son günlər Türkiyə mediasında geniş yer almışdı.
Reha Muxtar uzun illər Türkiyə televiziya jurnalistikasının ən tanınmış simalarından biri kimi fəaliyyət göstərib və xəbər aparıcılığı sahəsində mühüm iz qoyub.