🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:20   •   🌡️ Bakı

Cəmi 5 dəqiqəyə hazırlanan ev dondurması

Cəmi 5 dəqiqəyə hazırlanan ev dondurması – 3 inqrediyentlə asan və ləzzətli resept
Odlar.media xəbər verir ki, yay mövsümünün ən sevilən desertlərindən olan dondurmanı ev şəraitində cəmi bir neçə dəqiqəyə hazırlamaq mümkündür.
Sadə, büdcəyə uyğun və xüsusi avadanlıq tələb etməyən bu resept həm uşaqların, həm də böyüklərin zövqünə uyğundur.
Tərkibi:
600 ml qaymaq (slivki)
1 banka qatılaşdırılmış süd
2 ədəd vafli yarpağı
Hazırlanma qaydası:
Əvvəlcə qaymağı mikserlə qalın və möhkəm köpük halına gələnədək çalın. Daha sonra qatılaşdırılmış südü əlavə edərək qarışıq tam homogen kütlə alınana qədər yenidən qarışdırın.
Kvadrat və ya dairəvi soba qabını perqament kağızı və ya qida plyonkası ilə örtün. Qabın alt hissəsinə bir vafli yarpağı yerləşdirin.
Hazırladığınız qaymaqlı qarışığı vaflinin üzərinə tökərək bərabər şəkildə yayın. Daha sonra ikinci vafli yarpağını üstünə qoyun və yüngülcə basdırın.
Deserti bir neçə saatlıq dondurucuya yerləşdirin. Dondurma hazır olduqdan sonra onu meyvələrlə və ya əlavəsiz şəkildə süfrəyə təqdim edə bilərsiniz.
Bu sadə resept sayəsində isti yay günlərində evdə hazırlanan təbii və dadlı dondurmanın ləzzətini çıxarmaq mümkündür.