Odlar.media xəbər verir ki, Xalq artisti Röya Ayxan “Xəzər axşamı” verilişinə müsahibəsində oğlu Hüseynin gələcək ailə həyatı ilə bağlı fikirlərini bölüşüb.
Müğənni bildirib ki, övladının gənc yaşda ailə qurmasının tərəfdarıdır və imkan olsa, onu 22 yaşından etibarən evləndirmək istəyər.
“Məndən olsa, 22 yaşından onu evləndirərəm. Gözünü açmamış işini görmək lazımdır. Çünki yaşının üstünə yaş gəldikcə evlənmirlər”, – deyə sənətçi vurğulayıb.
Röya Ayxan qardaşlarını nümunə göstərərək qeyd edib ki, qardaşı İsmayıl artıq ailə qurub, digər qardaşı Ayxan isə 34 yaşında olmasına baxmayaraq evlənmək istəmir.
“Qızları göstərirsən, evlənmək istəmir. Ona görə də tez evləndirmək lazımdır”, – deyə o əlavə edib.
Xalq artisti gələcəkdə yaxşı qayınana olacağına inandığını da dilə gətirib:
“İnşallah, mən də bütün analar kimi yaxşı və sevilən qayınana olaram”.
