🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

ABŞ-da benzin və dizel kəskin bahalaşıb

Odlar.media xəbər verir ki, ABŞ-da may ayında benzin və dizel yanacağının qiymətlərində əhəmiyyətli artım qeydə alınıb.
Bu barədə ABŞ Nəqliyyat Statistikası Bürosunun yaydığı məlumatda bildirilib.
Məlumata görə, ölkədə benzinin orta pərakəndə satış qiyməti may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 42,2 faiz artaraq bir qalon (təxminən 3,785 litr) üçün 4,48 dollara yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin may ayında bir qalon benzinin orta qiyməti 3,15 dollar təşkil edib.
Aylıq müqayisədə də benzin qiymətlərində artım müşahidə olunub. Belə ki, may ayında benzinin orta qiyməti aprel ayı ilə müqayisədə 9,2 faiz yüksəlib.
Hesabat dövründə dizel yanacağının qiymətində də ciddi bahalaşma qeydə alınıb. May ayında dizelin orta qiyməti ötən ilin eyni ayı ilə müqayisədə 60 faiz artaraq bir qalon üçün 5,60 dollara çatıb.
Bununla yanaşı, dizel yanacağının qiyməti aprel ayı ilə müqayisədə 1,8 faiz artım göstərib. Qeyd olunur ki, 2025-ci ilin may ayında dizelin orta qiymətinin bir qalon üçün 3,50 dollar səviyyəsində olacağı proqnozlaşdırılmışdı.