Odlar.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu arasında görüş keçirilib.
Məlumatı İranın Azərbaycandakı səfiri sosial şəbəkə hesabında paylaşıb.
Səfirin sözlərinə görə, görüş zamanı regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda Azərbaycan-İran münasibətlərinin gündəliyində yer alan bir sıra məsələlərin irəlilədilməsi istiqamətində razılıq əldə olunub.
“Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə keçirilən görüşdə regional proseslər müzakirə olunub, həmçinin ikitərəfli münasibətlərdə gündəmdə olan bəzi məsələlərin irəlilədilməsi ilə bağlı razılıq əldə edilib”, – deyə paylaşımda qeyd olunub.
Görüşün digər təfərrüatları barədə əlavə məlumat verilməyib.
