Odlar.media xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın hadisəsi qeydə alınıb.
Bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə ərazidə yanğın baş verməsi ilə bağlı ilkin məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda ərazidə yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
