🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:07   •   🌡️ Bakı

Biləsuvarda magistralda faciəvi qəza: bir nəfər hadisə yerində həyatını itirdi

Odlar.media xəbər verir ki, Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yeni Ələt–Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, eyni istiqamətdə hərəkət edən iki kiçik tutumlu yük avtomobili toqquşub. Belə ki, arxadan gələn yük maşını qarşıda hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev ağır xəsarətlər alıb və hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini müəyyənləşdirir.