🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:57   •   🌡️ Bakı

Sumqayıtda avtobusda sərnişin qəfil vəfat edib

Odlar.media xəbər verir ki, Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi qeydə alınıb. Hadisə şəhərin H.Z. Tağıyev qəsəbəsi ərazisində baş verib.

Məlumata görə, Abşeron rayon sakini, 75 yaşlı Əlişir Əşir oğlu Əliyev “İsuzu” markalı, 10 “V” saylı marşrut xətti üzrə hərəkət edən avtobusda olarkən qəfil dünyasını dəyişib.
İlkin məlumatlara əsasən, onun infarkt nəticəsində vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır. �
Instagram