Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyunun 3-də Bakı və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.
Məlumata görə, gecə saatlarında yarımadanın bəzi şəhərətrafı ərazilərində qısamüddətli və zəif yağış yağacağı ehtimal olunur. Ümumilikdə hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən isə yağıntısız keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi səhər saatlarından etibarən mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturunun gecə 14-17 dərəcə isti, gündüz isə 21-26 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bununla belə, gecə və səhər saatlarında bəzi ərazilərdə yağıntı müşahidə oluna bilər. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Sinoptiklər gecə və səhər bəzi rayonlarda dumanlı hava şəraitinin olacağını da bildiriblər. Qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti, bəzi yerlərdə isə 20-25 dərəcəyədək yüksələcək.
