🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:56   •   🌡️ Bakı

SOCAR və ABŞ şirkəti enerji sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edib

Odlar.media xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ABŞ-nin apollo.com arasında “midstream” və yaşıl enerji keçidi istiqamətlərində əməkdaşlıq imkanları müzakirə olunub.
Məlumata görə, müzakirələr “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın prezidenti ilə arasında keçirilən görüş zamanı aparılıb.
Görüşdə “Bakı Enerji Həftəsi”nin beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Tərəflər tədbirin açılış mərasimində imzalanan sənədlərin qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələr zamanı enerji layihələrinin kapital strukturunun optimallaşdırılması, innovativ investisiya həllərinin tətbiqi, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər enerji sektorunda uzunmüddətli və səmərəli əməkdaşlıq imkanlarının inkişaf etdirilməsinin vacibliyini də diqqətə çatdırıblar.