Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Szinpinə Ukraynada davam edən müharibənin dayandırılması üçün Rusiya Prezidenti Vladimir Putinə təsir göstərməsi ilə bağlı müraciət edib.
Bu barədə “South China Morning Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, may ayında Pekində keçirilən görüş zamanı Tramp Çin liderini Pekinin Moskva üzərindəki təsir imkanlarından istifadə edərək münaqişənin yekunlaşmasına töhfə verməyə çağırıb. Bildirilib ki, Tramp görüşdə Rusiya–Ukrayna danışıqlarının dalana dirəndiyini vurğulayıb və Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar masasına qayıtmasının vacibliyini qeyd edib.
