Odlar.media xəbər verir ki, ABŞ-ın tennis ulduzu Serena Williams peşəkar karyerasını yenidən bərpa edir.
Qadın Tennis Assosiasiyasının (WTA) və Böyük Britaniya Tennis Assosiasiyasının (LTA) məlumatına görə, 44 yaşlı tennis əfsanəsi Londonda keçiriləcək WTA 500 turnirində qoşa (dubl) oyunlarda mübarizə aparacaq.
Serena Uilyams sonuncu dəfə 2022-ci ildə ABŞ Açıq Çempionatında korta çıxmışdı. O, karyerası ərzində 73 WTA titulu qazanıb və “Böyük Dəbilqə” turnirlərində 23 çempionluqla tennis tarixinin ən uğurlu idmançılarından biri hesab olunur.
Onun uzun fasilədən sonra yenidən korta qayıtması tennis ictimaiyyətində böyük maraq doğurub və turnirin diqqət mərkəzində olacağı gözlənilir.
