Odlar.media xəbər verir ki, dünya bazarlarında neft qiymətləri son günlərdə artım tendensiyasını davam etdirir.
Beynəlxalq birjalarda “Brent” markalı neftin bir barreli 94,64 dollar, yüngül neft isə 91,76 dollar səviyyəsində təklif olunur.
Eyni zamanda, Azərbaycan nefti də bahalaşma dinamikası göstərib. “Azeri Light” markalı neftin qiyməti son ticarət sessiyalarında 6,57 dollar və ya 6,7% artaraq 104,58 dollar/barel təşkil edib. Məlumata görə, Bakı neftinin əvvəlki qiyməti 98,01 dollar olub.
Analitiklərin fikrincə, neft bazarında müşahidə edilən bahalaşma əsasən qlobal geosiyasi gərginliklər və təchizatla bağlı risklərin artması ilə əlaqələndirilir.
Bununla belə, bazarda volatillik davam edir və qiymətlərin yaxın günlərdə də dəyişkən qalacağı istisna edilmir.
