🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Tramp və Netanyahu Yaxın Şərqdəki gərginliyi müzakirə edib

Odlar.media xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
“Sky News Arabia”nın yaydığı məlumata görə, tərəflər söhbət zamanı İsrailin Livandakı hərbi əməliyyatlarını, eləcə də İranın ABŞ ilə aparılan danışıqlardan imtina etməsi məsələsini müzakirə ediblər.
Məlumata əsasən, Donald Tramp İranın Vaşinqtonla danışıqları dayandırmaq qərarı barədə əvvəlcədən məlumatlandırılmadığını bildirib.
Qeyd edək ki, son günlər Yaxın Şərqdə artan gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.