🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Azərbaycan radiosunun keçmişindən bəhs edən kitab çap olundu

Odlar.media xəbər verir ki, Azərbaycan radiosunun veteran əməkdaşı Zümrüd Səfərovanın “Həyat efir kimidir – radiolu günlərdən” adlı kitabı nəşr olunub.
Kitabda ötən əsrin 60–80-ci illərində Azərbaycan radiosunun yaradıcı mühiti, həmin dövrün tanınmış radio əməkdaşları və ziyalı simaları ilə bağlı maraqlı xatirələr, eləcə də yumoristik əhvalatlar yer alıb.
Müəllif uzun illər birgə çalışdığı jurnalistlər, diktorlar, redaktorlar, rejissorlar və digər yaradıcı şəxslər haqqında səmimi müşahidələrini oxucularla bölüşür.
Nəşrdə həm Azərbaycan radio tarixinin mühüm səhifələri canlandırılır, həm də bir nəslin dünyagörüşü, peşə etikası və mənəvi dəyərləri əks etdirilir.
“Həyat efir kimidir – radiolu günlərdən” kitabı media tarixini araşdıranlar, xatirə ədəbiyyatını sevənlər və Azərbaycan radiosunun keçmişinə maraq göstərən oxucular üçün dəyərli mənbə hesab olunur.
Kitabın redaktoru Günel Natiq, ön sözün müəllifi isə Sevda Hüseyndir.

Odlar.media