Odlar.media xəbər verir ki, Astara rayonunun bəzi ərazilərində elektrik enerjisinin təchizatında müvəqqəti fasilələr yaranacaq.
Bu barədə Azərişıq ASC tərəfindən məlumat verilib.
Bildirilib ki, iyunun 2-də Astara Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq “Astara” yarımstansiyasından qidalanan “Lovain” hava xəttində təmir işləri aparılacaq.
Aparılan işlərlə əlaqədar saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud və Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.
