🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:49   •   🌡️ Bakı

Zelenski: “Ermənistanı, Azərbaycanı və Gürcüstan xalqını dəstəkləmək lazımdır”

Odlar.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ermənistanla bağlı ritorikasının təkcə bu ölkəyə yönəlmədiyini bildirib və Avropanı region dövlətlərinə daha çox dəstək verməyə çağırıb.
Onun sözlərinə görə, Rusiya hazırda Ermənistanı əvvəlkindən daha açıq şəkildə təhdid edir:
“Heç kimi dəstəksiz qoymaq olmaz. Avropanın heç bir xalqı itirməyə, heç bir ölkənin əlindən çıxmasına icazə verməyə haqqı yoxdur. Ermənistanı, Moldovanı, Baltikyanı ölkələri, Azərbaycanı dəstəkləmək lazımdır. Gürcüstan xalqını dəstəkləməyin yollarını tapmalıyıq və bu, ortaq Avropa vəzifəsidir. Heç kim itirilməməlidir”.
Zelenski çıxışında Avropa ölkələrinin təhlükəsizlik məsələlərinə daha həssas yanaşmasının vacibliyini vurğulayıb.