Odlar.media xəbər verir ki, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsini metronun “28 May” stansiyası ilə əlaqələndirən 79 nömrəli marşrut xəttində avtobus parkının tam yenilənməsi həyata keçirilir.
Məlumata görə, marşrut xəttində avtobusların bir hissəsi ötən ilin oktyabr ayında yenilənib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, iyunun 1-dən etibarən xəttə ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunmuş yeni avtobuslar cəlb ediləcək. Nəticədə marşrut üzrə ümumilikdə 16 avtobus sərnişinlərə xidmət göstərəcək.
Yeni nəqliyyat vasitələrinin 7 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcəyi bildirilib.
Avtobuslarda ödəniş sistemi nağdsız qaydada olacaq və gediş haqqı 0,60 AZN müəyyən edilib.
