🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 07:40   •   🌡️ Bakı

Zelenski: “Rusiyanın genişmiqyaslı hücum ehtimalı hələ də qalır”

Volodymyr Zelenskyy Qərb tərəfdaşlarının Kremlin Kiyevə qarşı planlaşdırdığı ehtimal edilən kütləvi hücumla bağlı Rusiya ilə danışıqlar apardığını açıqlayıb.

Odlar.media xəbər verir ki, Ukrayna lideri bu barədə açıqlamasında bildirib ki, diplomatik təmaslara baxmayaraq, bunun aqressoru dayandıracağına inanmaq çətindir.

“Kəşfiyyatdan daxil olan məlumatlara görə, genişmiqyaslı zərbə ehtimalı hələ də aktualdır. Biz bilirik ki, tərəfdaşlar bu məsələ ilə bağlı ruslarla danışıblar. Amma Moskvada kiminsə fikrini dəyişəcəyinə inam yoxdur”, – deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti vurğulayıb ki, ordunun bütün bölmələri mümkün hücumun qarşısını almağa hazır vəziyyətdədir.