🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:56   •   🌡️ Bakı

Professor Rəsmiyyə Abdullayeva ADA Universitetində elmi seminarda çıxış edib

AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva 25 may 2026-cı il tarixində ADA Universitetinin “Qarşılıqlı yardım” Klubunun təşkilatçılığı ilə keçirilən “İnklüziv cəmiyyət quruculuğu: çətinliklər və həll yolları” adlı elmi seminarda iştirak edib.

Odlar.media xəbər verir ki, professor seminarda “Azərbaycanda inklüziv ali təhsil: problemlər və həllər” mövzusunda məruzə ilə çıxış edib.

Elmi tədbirdə, həmçinin “Qarşılıqlı yardım” Klubunun sədri Gültəkin Salamova inklüzivliklə bağlı məruzə ilə çıxış edib. Hər iki çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Məruzələrdən sonra seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb. Aktiv iştirakçılara kitablar hədiyyə olunub, tədbirin sonunda isə xatirə şəkli çəkdirilib.